Bakı Dövlət Universitetində görkəmli alim pedaqoq Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

 

Bakı Dövlət Universitetində (BDU) görkəmli ədəbiyyatşünas alim, pedaqoq, tənqidçi, şair, ictimai xadim Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəlcə BDU-nun filologiya fakültəsində professor C.Xəndan adına auditoriyanın açılışı olmuşdur.

Tanınmış alimlərin, ictimaiyyət nümayəndələrinin, tələbələrin iştirak etdikləri tədbirdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, BDU-nun filologiya fakültəsinin dekanı, professor Elbrus Əzizov görkəmli alim ədib C.Xəndanın mənalı ömür yolundan, geniş elmi pedaqoji fəaliyyətindən, ədəbi yaradıcılığından danışmışlar.

Cəfər Zeynal oğlu Hacıyev (Xəndan) 1910-cu ildə İrəvan şəhərində anadan olmuşdur. Gəncə Pedaqoji Texnikumunu 1930-cu ildə Azərbaycan Dövlət Universitetini bitirmiş, təhsilini aspiranturada davam etdirmişdir. 1939-cu ildə namizədlik, 1947-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1949-cu ildə professor elmi adına layiq görülmüşdür.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (ADPU), M. F.Axundzadə adına Müəllimlər İnstitutunda, Azərbaycan Elmlər Akademiyasının Dil Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (ADU) məsul vəzifələrdə çalışmış, 1950-1954-cü illərdə ADU-nun rektoru olmuşdur.

C.Xəndan ölkəmizdə elm təhsilin inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması üçün səmərəli xidmətlər göstərmişdir. O, ədəbiyyatşünaslıq elminə xüsusilə böyük töhfələr vermişdir.

C.Xəndan dəyərli monoqrafiyaların, dərsliklərin, elmi bədii əsərlərin ("Cəfər Cabbarlının həyat yaradıcılığı", "Mir Cəlal", "M.Ə.Sabir haqqında", "Sabir yaradıcılığında sənətkarlıq xüsusiyyətləri", "Şeirlər" s.) müəllifidir.

Onun xidmətləri yüksək mükafatlara layiq görülmüşdür.

Akademiklər Bəkir Nəbiyev, Ağamusa Axundov, professorlar Pənah Xəlilov, Abuzər Xələfov, xalq şairi Nəriman Həsənzadə digər çıxış edənlər Cəfər Xəndanın elm təhsilimizə verdiyi töhfələrdən, əsərlərinin əhəmiyyətindən bəhs etmiş, onunla bağlı xatirələrini söyləmişlər.

Alimin oğlu, professor Aqil Hacıyev elm xadimlərinə göstərdiyi diqqət qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, professor Hafiz Paşayev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 21 may.- S.  6.