Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşmüşdür
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev diplomatiya və beynəlxalq münasibətlər üzrə yeni magistrlərlə görüşmüşdür.
Tələbələri akademiyanın magistraturasına daxil olmaları münasibətilə təbrik edən rektor təhsil ocağının əsas tədris prinsipləri haqqında məlumat vermişdir.
ADA-nın 2010-2012-ci tədris illəri üzrə təhsil alacaq qrupu 25 azərbaycanlı və 10 xarici tələbədən ibarətdir. Xarici tələbələr Misir, İndoneziya, Macarıstan, Rumıniya, Tanzaniya, İran, Uqanda, Gürcüstan, Niderland kimi ölkələri təmsil edirlər. Bir qrup tələbəyə təhsillə bağlı güzəştlər də verilmişdir.
Akademiyanın tələbə
qəbulu üzrə direktoru Cənis Austin 2010-2012-il tədris illəri üzrə qəbul prosesindən çox razı qaldıqlarını demişdir.
C.Austin bildirmişdir ki, ADA-nın yeni təhsil ocağı olmasına baxmayaraq, Azərbaycan və xarici ölkələrin ictimaiyyətinin
akademiyaya göstərdiyi
maraq onun nüfuzunun ildən-ilə
sürətlə artmasının
sübutudur. Dünya standartlarına cavab
verən diplomatiya və beynəlxalq münasibətlər üzrə
magistratura təhsilini
təklif etməklə
ADA istedadlı azərbaycanlı
və dünyanın bir çox ölkələrinin mədəniyyətinin
və tarixinin təmsilçiləri olan
xarici tələbələri
özünə cəlb
etməkdə davam
edir.
Azərbaycan.- 2010.- 21 may.- S.
6.