Altay Məmmədov
anıldı
Görkəmli yazıçı, dramaturq və ədəbiyyatşünas-alim Altay Məmmədovun ümumən Azərbaycanın, eləcə də Gəncə şəhərinin ədəbi mühitində öz yeri, öz rolu olub.
Bu günlərdə ədibin anadan olmasının 80 illiyi ilə əlaqədar olaraq anım tədbiri keçirildi. Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, əməkdar incəsənət xadimi Məmməd Alim tanınmış söz ustası Altay Məmmədovun zəngin ədəbi irsindən, onun elmi-nəzəri görüşlərindən, pedaqoji fəaliyyətindən danışdı. Yazıçı və şairlərdən Xəzangül, Aləmzər Əlizadə, Ümbülbanu, İlyas Nağı, Mürsəl İrəvanlı, Oruc Göyçəli və başqaları Altay Məmmədovun həyat və yaradıcılıq yolundan söz açdılar, xatirələrini söylədilər.
Ənənəyə sadiq qalan gəncəlilər mərhum sənətkarın məzarını ziyarət edərək qəbirüstü abidənin önünə təzə gül-çiçək dəstələri qoydular.
Yazıçının oğlu Elşad Məmmədov tədbirin təşkilatçılarına və iştirakçılarına ailə üzvləri adından təşəkkürünü bildirdi.
İlhamə YUSİFOVA,
Yazıçılar Birliyi Gəncə şəhər
bölməsinin əməkdaşı
Azərbaycan.- 2010.- 21 may.-
S. 7.