Gəncədə yubiley tədbiri

 

Yazıçılar Birliyinin Gəncə bölməsinin təşəbbüsü ilə şəhər mərkəzi kitabxanasında xalq şairi Rəsul Rzanın 100 illiyi ilə əlaqədar yubiley tədbiri keçirildi.

Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, əməkdar incəsənət xadimi Məmməd Alim böyük sənətkarın həyat yaradıcılıq yolu haqqında məruzə etdi.

Professor Sədnik Paşa Pirsultanlı, alim-publisist Əlvan Kəbirli, şairlərdən Aləmzər Əlizadə, Xəzangül, aktyorlardan Səmiyyə Hüseynova, Elvin Həsənov, Cavid Hüseynov başqaları Azərbaycan ədəbiyyatının inkişafında Rəsul Rzanın xidmətlərindən danışdılar, yubilyara ünvanladıqları şeirlərini oxudular.

F.Əmirov adına 1 nömrəli musiqi məktəbi ansamblının üzvləri yubilyarın sözlərinə bəstələnmiş mahnıları ifa etdilər.

 

 

Sevda ABBASOVA,

Gəncə şəhəri

 

Azərbaycan.- 2010.-21  may.- S.  7.