Yəmən Respublikasının
Prezidenti zati-aliləri
cənab Əli Abdullah Salehə
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Yəmən birliyi günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Yəmən arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 3 may 2010-cu il
Azərbaycan.- 2010.-22
may.- S. 1.