Avropa İttifaqının xarici məsələlər təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun Dağlıq Qarabağda keçiriləcək "seçkilər" haqqında bəyanatı

 

Avropa İttifaqının xarici məsələlər təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Dağlıq Qarabağda keçiriləcək "seçkilər" bağlı mayın 21-də bəyanat vermişdir.

Bəyanatda deyilir: "Xatırlatmaq istəyirəm ki, Avropa İttifaqı Dağlıq Qarabağda bazar günü keçiriləcək "parlament seçkiləri"ni qeyri-konstitusion hüquqazidd hesab edir. Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vura bilər.

Mən ATƏT-in Minsk qrupuna, onun həmsədrlərinin fəaliyyətinə onların münaqişənin həlli istiqamətində göstərdikləri səylərə qətiyyətli dəstəyimizi bir daha təsdiq edir, tərəfləri münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində səylərini daha da artırmağa çağırıram. Bu məqsədlə mən Avropa İttifaqının gələcəkdə müvafiq dəstək verməyə hazır olduğunu bəyan edirəm".

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 may.- S.  2.