BMT Baş katibinin nümayəndəsi Valter Kalin məcburi köçkünlərin məskunlaşdıqları bölgələrdə olmuşdur

 

BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin mayın 21-də məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bölgələrə səfər etmişdir.

 

Qonaq onu müşayiət edənlər əvvəlcə havadan Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbələrinə baxmışlar. Məlumat verilmişdir ki, bu beş qəsəbədə rayonun işğal altında olan yaşayış məntəqələrinin sakinləri məskunlaşmışlar. Qəsəbələrdə 4179 ev vardır.

Sonra Valter Kalin Beyləqan rayonu ərazisində "Xocavənd-500" qəsəbəsində sakinlərlə görüşmüşdür. Xatırladaq ki, qəsəbə 2008-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyevanın iştirakı ilə açılmışdır.

Qonaqları Xocavənd Beyləqan rayonları icra hakimiyyətlərinin başçıları Eyvaz Hüseynov İrşad Əliyev qarşılamışlar.

Baş nazirin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Valter Kalini sakinlərə təqdim etmişdir.

Xocavənd sakini Ağamirzə Həsənov başqaları həmyerlilərinin doğma torpaqlara qayıtmaq arzusunu ifadə etmişlər. Xüsusi vurğulanmışdır ki, Azərbaycan hökuməti məcburi köçkünlərə lazım olan şəraiti yaratmışdır. Ancaq bizə doğma yurdumuz lazımdır. Təəssüflə qeyd olunmuşdur ki, hətta 18 ildən sonra belə bəzi beynəlxalq təşkilatların regiona gələn nümayəndələri problemdən xəbərsiz kimi davranır, işğalçı işğal qurbanını bərabərləşdirməyə cəhd göstərirlər. Ancaq hər kəs öz adı ilə çağırılmalıdır.

Sakinlər məşğulluq probleminin həlli ilə bağlı görülmüş işlərdən söz açmışlar. Valter Kalin kreditlərdən istifadə vəziyyəti ilə maraqlanmışdır. Ona məlumat vermişlər ki, 3 faizlə alınan kreditlərin qaytarılma göstəricisi 99 faizdir. Bildirilmişdir ki, hər bir ailəyə 12 sot həyətyanı sahədən əlavə təsərrüfatla məşğul olmaq üçün 60 sot torpaq verilmişdir.

Rayon icra hakimiyyətinin başçısı məlumat vermişdir ki, sakinlər becərdiyi tərəvəzi, bəslədiyi mal-qaranı Beyləqan bazarında satırlar.

Əli Həsənov qonağın diqqətinə çatdırmışdır ki, Azərbaycanda aqrar islahat qısa müddətdə başa çatdırılmış, torpaq özəlləşdirilmişdir. Məcburi köçkünlər üçün qəsəbələr dövlət fondunda saxlanılmış torpaqlarda salınır.

Sonra qonaqlar şəhidlər - Alov Atəş Əzizov qardaşlarının anası Sevil xanımın həyətində ailənin şəraiti ilə tanış olmuşlar.

Şəhid ailəsi xahiş etmişdir ki, erməninin şirin dilinə aldanmayın, haqqın, ədalətin tərəfində olun.

Qonaqlarla səmimi söhbət çay süfrəsi arxasında davam etdirilmişdir.

Sonra qonaqlar qəsəbədəki məktəb, uşaq bağçası xəstəxanaya da baxmışlar.

 

* * *

 

BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin mayın 21-də laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Taxtakörpü ərazisinə səfər etmişdir.

Qonaq onu müşayiət edənlər buradakı 83 qış yatağından birində - Vağazin obasında olmuşlar. Obada 500-dən artıq üzvü olan 84 ailə məskunlaşmışdır.

Camal Qarayev qonaqlara ailəsinin güzəranı, dolanacağı, yaradılmış şərait barədə məlumat vermişdir. "Korluq çəkmirik, Allaha şükür, hər şeyimiz var. Bəzi çatışmazlıqların isə eybi yoxdur. Onsuz da dövlətin əli üstümüzdədir. Bizə öz torpağımız lazımdır. Gözəl yerlərimiz vardı, hətta İsveçrədən belə üstün idi", - deyə o vurğulamışdır. Yeri gəlmişkən, V.Kalin isveçrəlidir.

Ağsaqqal Ağayar İsmayılov BMT rəsmisinə müraciətlə demişdir:

- Çox sağ olun ki, 2007-ci ildəki səfərinizin yekununda BMT Baş Məclisinə obyektiv, həqiqəti əks etdirən hesabat təqdim etdiniz. Ümummilli liderimiz Heydər Əliyev məcburi köçkünlərə həmişə diqqətlə yanaşır, onların problemlərini özünün bir nömrəli problemi sayırdı. İndi həmin xətti Prezidentimiz İlham Əliyev yeridir. Bu diqqət qayğı sayəsində yaxşı yaşayırıq, şəraitimizdən narazılığımız yoxdur. Ancaq Laçınsız yaşayış həyat deyil! BMT dünyada ən ali beynəlxalq təşkilatdır. Bu qurumun Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməməsi bizi çox narahat edir. Vaxtilə İraq Küveytə təcavüz edəndə dərhal yerində oturduldu. Amma indi Ermənistana "gözün üstə qaşın var" deyən yoxdur. Əksinə, Ermənistana Dağlıq Qarabağdakı separatçı rejimə külli miqdarda yardım göstərilir, işğalçı ilə işğal qurbanına fərq qoyulmur. Belə davam etsə, Azərbaycan öz sözünü deməli olacaq. On səkkiz ildə səbrimiz tükənib. Ali Baş Komandanın əmrini gözləyirik, hamımız silaha sarılmağa hazırıq. Xahiş edirik, haqq səsimizi dünyaya çatdırın.

Məmmədbağır Bağırovun evində qızı Elza bəyan etdi ki, biz doğma torpaqlarımızda yaşamaq istəyirik. İnanırıq ki, oraya qayıdıb firavan həyat sürəcəyik.

Taxtakörpü qəsəbəsindəki mərkəzi rayon xəstəxanasında qonaqları Yaponiyadan gəlmiş həkim Akio Kanai qarşılamışdır. Bildirmişdir ki, iki gün ərzində burada müayinə aparacaqdır.

Qonaqlar Laçın Rayon İcra Hakimiyyəti binasının həyətində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Yeni salınmış qəsəbədə məcburi köçkünlərin məşğulluğunun təmin olunması, iqtisadi imkanlarının artırılması sayəsində həyata keçirilən tədbirlər Valter Kalinin böyük marağına səbəb olmuşdur. Bank olmayan kredit təşkilatı - "Kömək-kredit" MMC-nin sədri Ərəstun Sadıqov məlumat vermişdir ki, qurumun xətti ilə burada 90-dan çox məcburi köçkünə 73 min manatadək mikrokredit verilmişdir. İlin sonunadək bu rəqəm 270 min manata çatacaqdır. O, təşkilata əlavə vəsait cəlb olunmasının vacibliyini qeyd etmişdir.

Valter Kalin səfərin sonunda bildirmişdir ki, köçkün vəziyyətində olmaq insan hüquqlarının pozulması deməkdir. Əlbəttə, könüllü şəkildə geri qayıtmaq imkanı olmadıqda bu hüquqlar pozulmaqda davam edir. Ona görə hazırda münaqişənin həlli ilə bağlı aparılan danışıqların müsbət nəticə verməsi çox vacibdir. Mən əvvəlki səfərimin yekununda hazırladığım hesabatda məhz bu məsələ üzərində təkid etmişdim. Mümkün qədər qısa müddətdə danışıqlarda müsbət nəticəyə nail olmalıyıq. Biz buna ümid bəsləyirik.

Baş nazirin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə demişdir:

- BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin ikinci dəfədir ki, Azərbaycana səfər edir. Birinci səfərində məcburi köçkünlərin məskunlaşdıqları bütün ərazilərdə olmuş, səfərinin yekununda obyektiv hesabat hazırlamış, Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirmiş, bu işləri digər ölkələr üçün nümunə saymış, doqquz tövsiyə vermişdi. Həmin tövsiyələrin biri BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icrası ilə əlaqədar dünya ictimaiyyətinə çağırış idi. Qalan səkkiz tövsiyə Azərbaycan hökuməti tərəfindən tam yerinə yetirilmişdir. O, bu səfərində havadan Füzuli rayonu ərazisindəki Zobucuq qəsəbələrinə baxdı, "Xocavənd-500" qəsəbəsində ailələrlə görüşdü, yenə havadan Ağcabədi ərazisindəki Laçın qış yataqlarını müşahidə etdi, obalardan birində yeraltı daxmalarda yaşayan məcburi köçkünlərin həyat şəraiti ilə tanış oldu. Azərbaycan dövlətinin məcburi köçkünlərin həyatını yaxşılaşdırmaq məqsədilə gördüyü işlərin sürəti Valter Kalini heyrətləndirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22  may.- S.  4.