Hindistan Respublikasının
Prezidenti zati-aliləri
xanım Pratibha Devisinqh Patilə
Hörmətli xanım
Prezident!
Manqalor şəhərinin hava limanı yaxınlığında
baş vermiş təyyarə qəzası
nəticəsində çoxsaylı
insan tələfatı
xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün
Hindistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 may 2010-cu il
Azərbaycan.- 2010.- 22 may.-
S. 1.