Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir

 

Mayın 21-də Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 80 illik yubileyi çərçivəsində "Aqrar təhsil sistemində innovasiya texnologiyalarının tətbiqi beynəlxalq əməkdaşlıq formaları" mövzusunda elmi konfrans keçirilmişdir.

Beynəlxalq konfransda ADAU-nun 80 illik yubiley tədbirlərinə qatılan 14 ölkədən 34 alim iştirak etmişdir.

Universitetin rektoru, professor Mirdamət Sadıqov ABŞ, Rusiya, Norveç, İran, Qazaxıstan, Almaniya, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan sair ölkələrdən gəlmiş qonaqları salamlamış, müzakirə olunan mövzu ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.

Konfransda kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Sankt-Peterburq Dövlət Aqrar Universitetinin rektoru, professor Viktor Yefimov, Azərbaycan Biznes Universitetinin rektoru İbad Abbasov başqaları aqrar elmi ilə bağlı məruzələrlə çıxış etmişlər.

Məruzələrdə müasir dünyanın üzləşdiyi problemlər içərisində mühüm əhəmiyyət kəsb edən ətraf mühitin qorunması dünya əhalisinin ərzaq məhsulları ilə təminatında alimlərin üzərinə düşən vəzifələrdən söhbət açılmışdır. Təhsilə, elmə istehsalata innovasiya texnologiyalarını gətirmədən qarşıya qoyulan məqsədə nail olmağın qeyri-mümkünlüyü diqqətə çatdırılmışdır.

Plenar iclas başa çatdıqdan sonra konfrans öz işini universitetin tədris korpuslarında müxtəlif bölmələrdə davam etdirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  22 may.- S.  8.