Böyük layihələrin müjdəçisi

 

Gələn ayın əvvəlində Azərbaycanda 17-ci dəfə Xəzər neft-qaz beynəlxalq sərgi konfransı keçiriləcək. Dünya təcrübəsi göstərir ki, yalnız ən gərəkli ə\həmiyyətli sərgilər belə uzunömürlü olur. Bu sözlər Xəzər neft-qaz sərgisinə aiddir.

Ötən illər ərzində sərginin mahiyyəti dəyişməyib, yalnız əhəmiyyəti qloballaşıb buna uyğun olaraq adı da təkmilləşib. Əgər ilk dəfə keçiriləndə o, "Xəzər dənizində neft-qaz hasilatına dair beynəlxalq sərgi" adlanırdısa, indi "Beynəlxalq Xəzər neft, qaz, neftayırma neft kimyası sərgisi" kimi tanınır. Üstəlik, hər il sərgi ilə yanaşı eyni adlı konfrans da keçirilir.

Xəzər neft-qaz sərgisinin müəllifi ümummilli lider Heydər Əliyevdir. Çünki 1994-cü ildə mövcud olan şəraitdə belə bir tədbirin baş tutması yalnız ulu öndərin dünyadakı nüfuzu, fövqəladə təşkilatçılığı sonsuz qətiyyətinin nəticəsi idi. O zaman qonşu respublikanın Azərbaycana qarşı apardığı müharibədə təzəcə atəşkəs elan olunmuşdu. Ölkədə iqtisadi böhran hökm sürürdü. Bir sözlə, Azərbaycan çox ağır günlərini yaşayırdı.

Ölkə Prezidenti İlham Əliyev həmin günləri belə xatırlayır: "Ümumiyyətlə, o vaxt Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı. Ancaq sərginin təşkilatçılarının səyləri nəticəsində Prezident Heydər Əliyevin dəstəyi ilə həmin sərgi baş tutdu xatırlayıram ki/, çox uğurla keçdi. Azərbaycana gəlmiş xarici şirkətlər ölkəmizə olan maraqlarını burada ifadə etdilər, Azərbaycana öz inamlarını bildirdilər beləliklə, Azərbaycanda böyük neft şirkətlərinin iştirakı ilə beynəlxalq bir tədbir keçirildi".

Sərginin qədəmləri uğurlu oldu. Bu gün biz həmin tədbiri hətta "Əsrin müqaviləsi"nin müjdəçisi adlandıra bilərik. Çünki onda Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi üçün sazişin imzalanmasına cəmi bir neçə ay qalırdı. Amma bu barədə hələ qəti bir söz demək mümkün deyildi. Hələ danışıqlar gedirdi. Sərginin keçirilməsi həmin qlobal müqavilənin imzalanmasına dəstək verdi, bir növ yol açdı. Növbəti illərdə keçirilən sərgilər əməkdaşlıq tərəfdaşlıq üçün yeni-yeni körpülər saldı. Bu tədbirlərdə neçə-neçə layihələr üçün ideyalar yarandı.

İlk sərgiyə 20 ölkəni təmsil edən 180 şirkət gəlmişdi. Burada həmçinin Azərbaycanın neft sənayesi öz əksini tapmışdı. Ümummilli lider Heydər Əliyevin xarici qonaqlarla səmimi görüşləri oldu. Ulu öndər tədbirdəki çıxışında ölkəmizin neft sənayesinin keçdiyi şərəfli yoldan ətraflı bəhs etdi, onun yeni mərhələ qarşısında olduğunu vurğuladı. Çıxışda deyilirdi ki, həmin vaxtadək Azərbaycanda 1 milyard 300 milyon tondan çox neft külli miqdarda qaz çıxarılıb. Bununla belə, ölkənin yenə böyük neft qaz yataqları var. Dünya təcrübəsində dənizdə neft çıxarılmasına ilk dəfə Azərbaycanda başlanıb. Xüsusilə son onilliklərdə neft qaz yataqlarında yeni texnika texnologiyadan istifadə istiqamətində böyük işlər görülüb. Ümumiyyətlə, ötən dövr ərzində əldə edilən böyük nailiyyətlər, zəngin təcrübə gələcək işlər üçün çox yaxşı bünövrədir.

Ulu öndər çıxışında bildirmişdir ki, "neftçi olmaq Azərbaycanda ən şərəfli peşə sayılır". Neftçilərimizin təcrübəsindən istifadə etmək üçün səylər birləşdirilməlidir. Azərbaycan xalqı yeraltı sərvətlərindən müstəqil şəkildə, ölkənin mənafeyinə uyğun istifadə olunmasına imkan verəcək. Bununla yanaşı, dünyanın, xüsusilə Qərb ölkələrinin iri neft şirkətlərinin Azərbaycan neftinə böyük marağı əməkdaşlığın zəruriliyini şərtləndirir. Siyasi iqtisadi əməkdaşlıq bu prinsip üzərində inkişaf edəcək.

Ulu öndər özünəməxsus qətiyyət nikbinliklə nəzərdə tutulan böyük işlərin uğurlar gətirəcəyini bildirirdi: "Bu tarixdən böyük fəxrlə danışmaqla, Azərbaycan neftçilərinin bir çox nəsillərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, bu gün eyni zamanda qeyd edirəm ki, indi ölkəmizin neft sənayesinin inkişafında yeni mərhələ açılır. Bu mərhələ Xəzər dənizində neft qaz yataqlarının işlənməsində Qərbin iri neft şirkətlərinin fəal iştirakı ilə bağlıdır. Əmin edirəm ki, Azərbaycan neftçiləri sizin layiqli tərəfdaşınız olacaq. Ümidvaram ki, Azərbaycana gələn Qərbin neft şirkətləri ölkəmizin neft qaz sənayesinin bütün tarixi ərzində əldə olunmuş nailiyyətləri həmişə yüksək qiymətləndirəcəklər".

İlk sərgidən 17-ci sərgiyə qədər uzanan vaxt məsafəsində bu neçə-neçə digər qlobal layihələr reallaşıb. Lakin dünyada bir neft-qaz ölkəsi kimi Azərbaycana maraq azalmayıb. Bu isə onu göstərir ki, ölkəmiz neft aləmində öz mövqelərini əldən vermir. Ən başlıcası isə bu, 17-ci dəfədir hər il dalbadal keçirilən beynəlxalq sərginin gərəkli tədbir olduğunu, ümumiyyətlə isə Azərbaycanın neft strategiyasının düzgün seçildiyini təsdiqləyən faktdır. Zəngin enerji ehtiyatlarına əlverişli tranzit imkanlarına malik olan ölkəmiz regional əməkdaşlıq məsələlərində həmişə konstruktiv rol oynayaraq Avropa Asiya məkanında etibarlı tərəfdaşa çevrilib. Enerji sektorunda aparılan şaxələndirmə siyasəti, mövcud boru kəmərləri şəbəkəsi dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Birinci neft-qaz sərgisindən başlanan yol Azərbaycanı mötəbər enerji sammitlərində fəal iştirak etmək, yeni strateji meqalayihələrə qoşulmaq perspektivinə qovuşdurur.

Xəzər neft-qaz sərgisi ildən-ilə öz iştirakçılarının sayını artırır, pavilyonlarını genişləndirir, ekspozisiyalarını zənginləşdirir. Ötən 16 sərgidə 70-dən artıq ölkənin 5400-dən çox şirkəti iştirak edib. Elə şirkətlər var ki/, onlar sərgilərin hamısının, yaxud əksəriyyətinin iştirakçısı olub. Məsələn, Böyük Britaniyanın bp, Rusiyanın "LUKoyl", Norveçin "Statoyl", Fransanın "Total", Türkiyənin TPAO şirkətləri s. Bu il sərgi yeni bir məkanda - sərgilər üçün inşa edilmiş "Baku Expo Center" mərkəzində keçiriləcək.

Keçən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına ünvanladığı məktubda deyilirdi: "Xəzər neft, qaz, neftayırma neft kimyası" sərgi konfransı bu gün səylərimizi birləşdirir, bütün iştirakçılar arasında güclü tərəfdaşlıq ruhu formalaşdırır, geniş əməkdaşlıq iqtisadi \əlaqələr baxımından əlverişli zəmin yaradır. Dünya miqyasında dərin maliyyə böhranı nəticəsində özünü göstərən problemlərə baxmayaraq, ölkəmizdə ilbəil uğurla keçirilən bu tədbirə maraq azalmır",

Yaxın günlərdə biz sayca 17-ci beynəlxalq Xəzər neft-qaz sərgi konfransına toplaşacağıq. Bu tədbir əməkdaşlığın daha geniş üfüqlərini müəyyənləşdirmək üçün yenə neçə-neçə şirkətin yüzlərlə mütəxəssisin görüş yerinə çevriləcək.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2010.- 23 may.- S.  4.