Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursunun növbəti buraxılışı olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) mayın 11-dən 22-dək "Yerli özünüidarəetmə bələdiyyə idarəçiliyinin əsasları" istiqaməti üzrə keçirilmiş ixtisasartırma kursunun növbəti buraxılışı olmuşdur.

DİA-dan bildirmişlər ki, şəhər qəsəbə bələdiyyələrinin sədrləri sədr müavinlərinin iştirak etdikləri kursun əsas məqsədi yerli özünüidarəetmə bələdiyyə idarəçiliyi sahəsində dinləyicilərin biliklərinin təkmilləşdirilməsi olmuşdur.

Tədris-tematik plan üzrə kursda ulu öndər Heydər Əliyevin zəngin dövlət idarəçilik təcrübəsindən bəhs edilmiş, yerli özünüidarəetmənin hüquqi əsasları, yerli özünüidarəetmə sahəsində dövlət siyasətinin başlıca istiqamətləri, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, bələdiyyələrdə torpaq münasibətləri s. mövzular üzrə mühazirələr oxunmuşdur.

Kursda Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, tanınmış alim-mütəxəssislər müxtəlif mövzularda mühazirələr söyləmişlər.

Buraxılış mərasimində DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov kursu başa vuranlara uğurlar arzulamışdır.

Kursu bitirənlərə vəsiqələr təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 23 may.- S.  7.