Beynəlxalq konfrans keçirildi

 

Azad Müəllimlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Dağlıq Qarabağ: reallıqlar, perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirdi.

Maarifləndirmə missiyası daşıyan konfransda Azərbaycan ziyalıları, elm xadimləri, Milli Məclisin deputatları, QHT rəhbərləri Türkiyə, Rumıniya, Qazaxıstan Gürcüstandan təhsillə bağlı qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edirdilər.

AMB sədri Məlahət Mürşüdlü konfransı giriş sözü ilə açaraq bu tədbirin münaqişənin həllində vətəndaş cəmiyyətinin münasibətini, problemin həllində təkliflərini öyrənmək xarici qonaqlara çatdırmaq məqsədi daşıdığını söylədi.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov Qarabağ probleminin əsas mahiyyəti haqqında məlumat verdi. Daha sonra AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, tarixçi alimlərdən Nazim Məmmədov, Qorxmaz Mustafayev Qarabağın tarixi, münaqişənin sülh yolu ilə həlli perspektivləri ilə bağlı məruzələr etdilər. Konfrans iştirakçıları eyni zamanda, Ermənistanın təcavüzü nəticəsində dağıdılaraq sıradan çıxarılmış təhsil müəssisələri, mədəniyyət abidələri haqqında maraqlı faktlarla tanış oldular. Ətraf mühitə təbii sərvətlərə dəymiş zərər haqqında da məlumatlar verildi.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2010.- 23 may.- S.  8.