Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin qaçqınların məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını vurğulamışdır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın qaçqın məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edən dövlətimizin başçısı onların sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışmış bu işlərin Azərbaycan dövlətinin siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu demişdir. Dövlətimizin başçısı Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoymaqla bu ədalətsizliyin aradan qaldırılması istiqamətində səylərini bundan sonra da əsirgəməyəcəyini bildirmişdir.

BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin 2007-ci ildə ölkəmizə səfərini həmin səfər zamanı keçirdiyi görüşlərdə qaçqın məcburi köçkünlərin vəziyyəti ilə bağlı müzakirələri xatırlamışdır. Valter Kalin budəfəki səfəri zamanı həm Bakıda, həm bölgələrdə qaçqın məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olduğunu, 2007-ci ildən bəri Azərbaycanda bu istiqamətdə çox böyük işlər görüldüyünü məmnunluqla qeyd etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  2.