İordaniyanın Kralı əlahəzrət II Abdullaha

 

Əlahəzrət!

Əziz qardaşım!

İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin inkişafı zəminində genişlənən əlaqələrimiz məmnunluq doğurur. Əminəm ki, dost ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığı müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına əmin-amanlıq rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 25  may.- S.  1.