Ekoloji təmiz kənd təsərrüfatı haqqındaAzərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Ekoloji təmiz kənd təsərrüfatı haqqındaAzərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Müəyyən edilsin ki:

1.1. “Ekoloji təmiz kənd təsərrüfatı haqqındaAzərbaycan Respublikası Qanununun 5.0.13-cü 20.3-cü maddələrində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.2. həmin Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini ekoloji müşahidə orqanlarının akkreditasiyası sahəsində Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi, sertifikatlaşdırma orqanlarının akkreditasiyası sahəsində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi həyata keçirir;

1.3. həmin Qanunun 14.2-ci maddəsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanlarının ekoloji təmiz kənd təsərrüfatı ərzaq məhsullarının standartlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanması təsdiq edilməsi səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.4. həmin Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini ekoloji təmiz kənd təsərrüfatı ərzaq məhsullarının standartları barədə müxtəlif vasitələrlə istehlakçıların tam səhih informasiya ilə təmin edilməsi bu sahədə maarifləndirmə işlərinin aparılması üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində, ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin siyahısını mətbuatda dərc etdirməklə, ictimaiyyətin məlumatlandırılması üzrə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətindəEkoloji təmiz kənd təsərrüfatı haqqındaAzərbaycan Respublikası Qanununun 20.3-cü maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi qaydalarını müəyyən etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il.

 

Azərbaycan.- 2010.- 25 may.- S.  2.