Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasinin təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi məqsədi ilə qərara alıram:

 

1. Müəyyən edilsin ki:

 

1.1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.5-ci 140.3-cü maddələrində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.2. həmin Məcəllənin 21.1-ci maddəsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli (rayon, şəhər şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında) həyata keçirir;

1.3. həmin Məcəllənin 56.3-cü maddəsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir;

1.4. həmin Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin razılığı ilə) özəl mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir;

1.5. həmin Məcəllənin 24.2.6-cı maddəsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi həyata keçirir;

1.6. həmin Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında yerli (rayon, şəhər şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir;

1.7. həmin Məcəllənin 55.1.5-ci maddəsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini 2001-ci il yanvarın 1-dək verilmiş torpaq sahələrinə münasibətdə yerli (rayon, şəhər şəhər rayonu) icra hakimiyyəti orqanları, dövlət ehtiyat fondu torpaqlarında çoxmənzilli binaların tikintisinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.8. həmin Məcəllənin 102.2.1-ci maddəsindəmüvafiq icra hakimiyyəti orqanlarıdedikdə qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda mərkəzi yerli (rayon, şəhər şəhər rayonu) icra hakimiyyəti orqanları nəzərdə tutulur;

1.9. həmin Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli (rayon, şəhər şəhər rayonu) icra hakimiyyəti orqanları ya müvafiq mənzil fondunun idarəetməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir;

1.10. həmin Məcəllənin 21.1-ci, 24.1-ci, 24.2.6-cı, 28.3-cü 143-cü maddələrində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləriniİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

1.11. dövlət mənzil fondu yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi, onların xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə yol verilir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il.

 

Azərbaycan.- 2010.-  25 may.- S.  2.