Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 576 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi
haqqında Əsasnamə”yə əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
“Bələdiyyələrin
dövlət reyestrinin
aparılması və
onlara şəhadətnamənin
verilməsi haqqında”
Əsasnamənin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikasının
2009-cu il 29 dekabr tarixli 936-IIIQ nömrəli
Qanununun icrasını
təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 576 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 9, maddə
591; 2003-cü il, ¹ 10, maddələr
550, 585; 2004-cü il, ¹ 1, maddə
19, ¹ 12, maddə 994; 2005-ci il,
¹ 10, maddə 910; 2006-cı il, ¹ 5, maddə 409; 2007-ci il, ¹ 6, maddə 606; 2008-ci il, ¹ 5, maddə 361, ¹ 9, maddə 798, ¹ 11, maddə
970; 2009-cu il, ¹ 12, maddə
983) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi
haqqında Əsasnamə”nin
9.9-cu bəndi 9.10-cu bənd
hesab edilsin və aşağıdakı
məzmunda 9.9-cu bənd
əlavə edilsin:
“9.9. bələdiyyələrin
elektron daşıyıcıda
və kağız üzərində hazırladığı
xəritəni, habelə
rübdə bir dəfə bələdiyyələrin
hüdudları daxilində
dövlət, bələdiyyə
və xüsusi mülkiyyətdə olan torpaq sahələrində
baş vermiş dəyişikliklər barədə
arayışı Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyası vasitəsilə
Azərbaycan Respublikası
Milli Məclisi Aparatına təqdim edir;”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2010-cu il.
Azərbaycan.- 2010.- 25 may.- S.
2.