Azərbaycan Dağıstan iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədirlər

 

Azərbaycan Dağıstan qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Bu fikir Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Rusiya Federasiyasının Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun mayın 24-də Nazirlər Kabinetində keçirilmiş görüşündə səslənmişdir.

Azərbaycan hökumətinin başçısı qeyd etmişdir ki, xalqlarımızı möhkəm tarixi dostluq qardaşlıq telləri birləşdirir, Azərbaycanda Dağıstanın uğurlarını həmişə sevinclə izləyirlər. Ümummilli lider Heydər Əliyev Rusiya Federasiyasının subyektlərindən biri olan, Azərbaycanın müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyi Dağıstanla əlaqələrin genişləndirilməsi məsələlərinə həmişə böyük diqqətlə yanaşırdı.

Baş nazir qlobal maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatının dinamik inkişafından söhbət açaraq qeyd etmişdir ki, keçən il ölkəmizdə ÜDM artımı 9,6 faiz olmuşdur, sosial sahədə çoxsaylı dövlət proqramları qəbul edilmiş, regionlarda müasir müalicə-diaqnostika mərkəzləri, yeni məktəblər tikilmiş, bir çox məktəblər isə təmir edilmişdir. O bildirmişdir ki, qeyri-neft sektorunun inkişafı infrastruktur layihələri ölkə iqtisadiyyatının prioritet istiqamətləridir.

Artur Rasizadə Dağıstan nümayəndə heyətinin üzvlərinə Azərbaycanın əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ nizamlanmaması barədə məlumat vermişdir.

Prezident Maqomedsalam Maqomedov isə Dağıstan ərazisində dəniz neft yataqlarının işlənilməsində Azərbaycan neftçilərinin təcrübəsindən istifadə etməyin vacibliyini vurğulamışdır. O, həmçinin Azərbaycan-Dağıstan hökumətlərarası komissiyasının birinci iclasının keçirilməsinə hazırlıq işlərini, Samur çayı üzərində su elektrik stansiyası tikintisinə dair müştərək layihənin həyata keçirilməsini sürətləndirməyin zəruri olmasını qeyd etmişdir.

Dağıstan rəhbəri demişdir ki, Azərbaycan RF-nin bu subyektinin xarici ticarət dövriyyəsində mühüm yer tutur. Keçən il Azərbaycan ilə Dağıstan arasında əmtəə dövriyyəsinin həcmi 200 milyon dollar olmuşdur. Bu, Dağıstan üçün çox yüksək göstəricidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  3.