Heydər Əliyev Fondu ilə tanışlıq

 

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov mayın 24-də Heydər Əliyev Fondunda olmuşdur.

Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış fondun məqsədləri fəaliyyəti barədə məlumat verilmişdir.

Dağıstan Prezidenti ulu öndərin şəxsi arxivindən götürülmüş onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar fotoşəkillərlə tanış olmuşdur.

Fondla tanışlıq zamanı Dağıstan Prezidentinə məlumat verilmişdir ki, bugünkü qüdrətli zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir. Müasir müstəqil Azərbaycanın memarı qurucusu Heydər Əliyev azərbaycanlıların milli qürur iftixar mənbəyinə çevrilmiş, xalqımızın ümummilli lideri adını qazanmışdır. Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Dağıstan Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.

Prezident Maqomedsalam Maqomedov fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı. Dağıstan Prezidentinə fondun nəşri olan "Muğam aləmi" musiqi albomu hədiyyə edildi. Dağıstan Prezidenti fonda xatirə hədiyyəsi təqdim etdi.

Ali qonaq fonddan zəngin təəssüratla ayrıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  25 may.- S. 3.