Nazirlər Kabineti
2010-2011-cı illərdə "Elektron hökumət"in formalaşdırılması
üzrə Fəaliyyət
Proqramını təsdiqləmişdir
Nazirlər Kabinetinin sərəncamı ilə 2010-2011-ci illərdə respublikada "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramını təsdiqləmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, təsdiq edilmiş proqramın məqsədi respublikada "e-hökumət"in formalaşdırılmasının təmin edilməsi və bunun üçün dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq etməklə idarəçilik metod və mexanizmlərinin təkmilləşdirilməsi, elektron xidmətlərin göstərilməsinin təşkili, vətəndaş və təşkilatların bu xidmətlərdən sadə, asan və sərbəst istifadəsi üzrə kompleks tədbirlərin həyata keçirilməsidir.
Fəaliyyət Proqramının əlaqələndirici orqanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilmişdir.
"E-hökumət" daha geniş olan elektron dövlət ideyasının tərkib hissəsidir və əsasən hökumət sektorunu əhatə edir.
Azərbaycanda yoxsulluğun ləğv edilməsi, vətəndaşların firavan yaşaması üçün şəraitin yaradılması istiqamətində, həmçinin "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın icrası məqsədi ilə həyata keçirilən "Elektron hökumət"in formalaşması və inkişafı dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, onların şəffaflığının təmin edilməsi və bürokratik əngəllərin azalmasına kömək edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 25 may.- S.
3.