TürkPA ofisinin rəsmi açılışı
oldu
Mayın 24-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Azərbaycan Respublikası Milli Məclisinin binasında fəaliyyətə başlamış ofisinin rəsmi açılış mərasimi keçirildi.
Açılış mərasimində Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Türkiyə
Böyük Millət
Məclisi Sədrinin müavini Nevzat Paktil, Qazaxıstan Parlamentinin Xarici əlaqələr, müdafiə
və təhlükəsizlik
məsələləri komitəsinin
sədri Amzebek Jolşıbekov, Milli Məclisin deputatları
və digər rəsmi şəxslər
iştirak etdilər. Daha sonra tədbir
iştirakçıları TürkPA-nın ofisi ilə yaxından tanış oldular, Katibliyin əməkdaşlarına
fəaliyyətlərində uğurlar arzuladılar.
Azərbaycan.- 2010.- 25 may.- S.
4.