Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Şurası Baş katibinin müavini Mod De Bur Bukikkio ilə görüşmüşdür

 

Mayın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "De-yure de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda Avropa Şurasının qadınlar kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransında iştirak etmək üçün ölkəmizə gələn Avropa Şurasının Baş katibinin müavini Mod de Bur Bukikkio ilə görüşmüşdür.

Qonağı səmimiyyətlə salamlayan Mehriban xanım Əliyeva beynəlxalq konfransda iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə Avropa Şurası Baş katibinin müavininə minnətdarlığını bildirmişdir. Azərbaycanın birinci xanımı konfransın əhəmiyyətini qeyd etmiş, burada müzakirə olunacaq məsələlərin aktuallığını vurğulamışdır.

Mod de Bur Bukikkio Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək Bakıda keçirilən beynəlxalq tədbirin vacibliyindən danışmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  6.