BMT Baş katibinin müavini məcburi köçkünlərin
çalışdığı tikiş sexində olmuşdur
Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransında iştirak etmək üçün ölkəmizə gəlmiş BMT baş katibinin müavini xanım Aşa Rouz Migiro Binəqədi rayonundakı 7-ci mikrorayonda məcburi köçkün qadınların çalışdığı tikiş sexində olmuşdur.
Milli QHT Forumu Deportasiya olunanlar, qaçqın və məcburi köçkünlər sektorunun rəhbəri, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə məlumat vermişdir ki, bu sex 2008-ci ildə təqdim etdiyimiz layihə əsasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının vəsaiti ilə açılmışdır. Bu, artıq üçüncü layihədir. Xızı rayonunda Yeni Yaşmada tikiş, toxuculuq və xalçaçılıq sexi, Tərtərdə təlim-istehsalat mərkəzi fəaliyyət göstərir. Hər üç müəssisədə qaçqın və məcburi köçkün qadınlar işləyirlər.
Aşa Rouz Migiro tikişçi qadınlarla xatirə şəkli çəkdirmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 21
may.- S. 6.