Ərəb dünyası
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
və sülh yolu ilə həllinin
tərəfdarıdır
Ərəb dünyası Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində və sülh yolu ilə həllinin
tərəfdarıdır. Bu fikir mayın 24-də Azərbaycan Respublikasının
Baş naziri Artur Rasizadənin ölkəmizdə rəsmi
səfərdə olan
Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Abul Ğeytin başçılıq
etdiyi nümayəndə
heyəti ilə görüşündə səslənmişdir.
Qonaqları xalqımızın
ən ağrılı
problemi olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
barədə məlumatlandıran
Baş nazir A.Rasizadə bildirmişdir
ki, təcavüzkar Ermənistanın qeyri-konstruktiv
mövqeyi ucbatından
problem uzun illərdir ki, hələ də həllini tapa bilmir. Vurğulanmışdır ki, bu münaqişə
sülh yolu ilə, yalnız Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində,
beynəlxalq normalar əsasında həll edilməlidir. Lakin Ermənistan
problemin həllini qeyri-müəyyən vaxta
uzadarsa, Azərbaycan alternativ imkanlara əl atmağa məcbur olacaqdır.
Misirin xarici işlər naziri Əhməd Abul Ğeyt ərəb dünyasının
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həllində ölkəmizin
yanında olduğunu və bundan sonra da olacağını
vurğulamışdır. Azərbaycan iqtisadiyyatının
son illər yüksək
sürətlə inkişaf
etdiyini nəzərə
çarpdıran qonaq
ölkəmizin Ermənistandan
hər cəhətdən
üstünlüyünü qeyd etmiş, Misirin münaqişənin
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində,
sülh yolu ilə həllinə tərəfdar olduğunu söyləmişdir.
Görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli münasibətlərin,
o cümlədən siyasi
və iqtisadi əlaqələrin uğurla
inkişaf etdiyi vurğulanmış, belə
qarşılıqlı səfərlərin
əməkdaşlığın daha da genişlənməsinə
töhfələr verəcəyi
diqqətə çatdırılmışdır.
Tədbirdə həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2010.- 25 may.- S.
7.