Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatı

 

Azərbaycan Respublikası öz beynəlxalq tərəfdaşlarının 2010-cu il mayın 23-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş "parlament seçkiləri"nin davam etməkdə olan sülh prosesinə mənfi təsir edəcəyi ilə bağlı narahatlığını bölüşür.

Ermənistan Respublikası tərəfindən onun anneksiya siyasətini Azərbaycan ərazilərinin işğalını ört-basdır etmək üçün növbəti cəhdi tam qaçılmaz uğursuzluqla nəticələndi. Ermənistan tərəfi öz əməlləri ilə heç kəsi yox, yalnız öz ictimaiyyətini aldadır. Avropa Parlamentinin Avropa İttifaqının Cənubi Qafqaz üçün Strategiyasına ehtiyac ilə bağlı yenicə qəbul etdiyi məruzədə qeyd edildiyi kimi, beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətdən yaxşı xəbərdardır.

Azərbaycan Respublikası Ermənistan tərəfinin yeritməyə çalışdığı "fait accompli" əsasında həlli heç zaman qəbul etməyəcəkdir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi onun ətrafındakı münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət Dağlıq Qarabağ bölgəsinin erməni azərbaycanlı icmalarının Azərbaycanın daxilində demokratiya çiçəklənmənin faydalarından tam bərabər şəkildə yararlanaraq dinc yanaşı yaşayışı əsasında həll oluna bilər.

Azərbaycan bir daha Ermənistan tərəfini öz destruktiv siyasətini dayandırmağa dəyərli vaxtını israf etmək əvəzinə münaqişənin beynəlxalq hüququn norma prinsiplərinə söykənən tez davamlı həllini tapmaq məqsədilə xoş məramla danışıqlar aparmaga çağırır.

 

 

Bakı şəhəri, 24 may 2010-cu il

 

Azərbaycan.- 2010.-25 may.- S.  7.