ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər" bağlı birgə bəyanatla çıxış etmişlər

 

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) Robert Bradke (ABŞ) Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejim tərəfindən mayın 23-də keçirilmiş qondarma "parlament seçkiləri" ilə bağlı birgə bəyanatla çıxış etmişlər.

Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç ölkə, digər ölkələr, o cümlədən Ermənistan tərəfindən müstəqil suveren dövlət kimi tanınmamışdır.

Həmsədrlər hesab edirlər ki, bu prosedur münaqişənin sülh yolu ilə nizamlanmasına Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsinə təsir göstərməməlidir.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2010.- 25 may.- S.  7.