Belçika Krallığı Senatının fəxri prezidenti, Müdafiə Xarici Əlaqələr Komissiyasının sədri Quba məzarlığını ziyarət etmiş, erməni vəhşiliklərindən dəhşətə gəldiyini söyləmişdir

 

Mayın 24-də Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov ölkəmizdə səfərdə olan Belçika Krallığı Senatının fəxri prezidenti, Müdafiə Xarici Əlaqələr Komissiyasının sədri xanım Anne Marie Lizinlə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ramiz Nəcəfov regionda vəziyyət Müdafiə Nazirliyinin beynəlxalq hərbi əlaqələri barədə qonağa məlumat vermişdir.

Səfəri çərçivəsində Quba məzarlığını ziyarət etdiyini erməni vəhşiliklərindən dəhşətə gəldiyini bildirən belçikalı qonaq Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağını vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  7.