Azərbaycan ilə Misir arasında üç saziş imzalanmışdır

 

Mayın 24-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Misirin xarici işlər naziri Əhməd Əbul Ğeyt ilə görüşmüşdür.

Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunmuş məsələlər haqqında məlumat vermişlər.

E.Məmmədyarov qeyd etmişdir ki, görüşdə ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regiondakı vəziyyət barədə müzakirələr aparılmışdır.

Misirli nazir vurğulamışdır ki, bu səfər onun ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradacaqdır.

Bildirilmişdir ki, görüşdə Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında üç müqavilə imzalanmışdır.

"Azərbaycan Respublikası hökuməti Misir Ərəb Respublikası hökuməti arasında diplomatik, xidməti xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında Saziş"i "Azərbaycan Respublikası Gənclər İdman Nazirliyi Misir Ərəb Respublikasının Milli Gənclər Şurası arasında Anlaşma Memorandumu"nu Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Misir tərəfindən xarici işlər naziri Əhməd Əbul Ğeyt imzalamışlar.

"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Tədqiqatlar İnstitutu arasında əməkdaşlıq haqqında Saziş"i isə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini, akademiyanın rektoru Hafiz Paşayev Misir tərəfindən bu ölkənin Azərbaycandakı səfiri Sabir Əbdülqadir Mansur imzalamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  8.