Əhməd Abul Ğeyt: "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır"

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun vasitəçiliyi əsasında sülh yolu ilə həll olunmalıdır.

Bu sözləri Azərbaycanda səfərdə olan Misirin xarici işlər naziri Əhməd Abul Ğeyt demişdir. Misirli nazir azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi barədə ətraflı məlumat aldığını qeyd etmişdir.

A.Ğeyt demişdir ki, Misir Azərbaycanın ərazi bütövlüyünün bərqərar olunması istiqamətində atılan addımları diqqətlə izləyir dəstəkləyir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  8.