Avropa Şurası İnsan Hüquqları Hüquqi Məsələlər üzrə baş direktoru ilə görüş

 

Azərbaycanda səfərdə olan Avropa Şurası İnsan Hüquqları Hüquqi Məsələlər üzrə baş direktoru Filip Buoya mayın 24-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

Görüşdə Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir.

Ali Məhkəmənin sədri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müddəalarının tətbiqindən, Avropa İttifaqının üzvü olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyindən bu ilin fevral ayında Avropa Şurası Nazirlər Komitəsində İsveçrə Konfedersiyasının sədrliyi ilə bu ölkənin İnterlaken şəhərində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə dair keçirilən konfransın nəticələri barədə danışmışdır.

Avropa Şurası İnsan Hüquqları Hüquqi Məsələlər üzrə baş direktoru Filip Buoya Avropa Məhkəməsinin presedent hüquqlarının ardıcıllığından, İnterlaken konfransında qəbul edilmiş Avropa yerli səviyyələrdə tədbirlərə dair fəaliyyət planını əhatə edən Siyasi Bəyannamənin icrasından əhəmiyyətindən, birgə treninq konfransların keçirilməsi zərurətindən söz açmışdır.

Filip Buoya Azərbaycanda məhkəmələrin müstəqilliyi, səlahiyyətləri ilə əlaqədar yaradılan şəraitlə, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə maraqlanmış, qarşılıqlı əlaqələrin davam etdiriləcəyini vurğulamışdır.

Ali Məhkəmənin yüksək statusuna uyğun inzibati binasını gəzən, məhkəmə tarixi müzeyi, hakimlərin şəraiti ilə tanış olan qonaq məmnun qaldığını bildirmişdir.

Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq diqqət göstərdiyinə görə Avropa Şurası İnsan Hüquqları Hüquqi Məsələlər üzrə baş direktoru Filip Buoyaya təşəkkürünü bildirmiş işlərində uğurlar arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  8.