Azərbaycanın Rusiyadakı səfirliyində Ulyanovsk vilayətinin təqdimatı
olmuşdur
Azərbaycanın
Rusiyadakı səfirliyində
Ulyanovsk vilayətinin təqdimatı olmuşdur.
Təqdimat mərasimində
Rusiya Federasiyasının
bu subyektinin nüfuzlu nümayəndə
heyəti və ölkəmizin işgüzar
dairələrinin nümayəndələri
iştirak etmişlər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan ilə Ulyanovsk vilayəti arasında münasibətlərin
xüsusi xarakter daşımasını vurğulayaraq
qeyd etmişdir ki, bizi birləşdirən
dostluq telləri və işgüzar əlaqələr ən yüksək səviyyədədir.
O xatırlatmışdır ki, Rusiyada yalnız
Ulyanovsk şəhərində
Azərbaycanın iki görkəmli şəxsiyyətinə
- ümummilli lider Heydər Əliyevə və Nəriman Nərimanova abidə ucaldılmışdır. Səfir bu
yaxınlarda Ulyanovsk vilayətində Azərbaycan
Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin görüşünü də
xatırladaraq qeyd etmişdir ki, Ulyanovsk vilayəti ilə ölkəmiz arasında birbaşa əlaqələr əməkdaşlıq
haqqında imzalanmış
sənədlər əsasında
həyata keçirilir
və respublika ilə Rusiyanın regionları arasında birbaşa əlaqələrin
bu formasını hər iki ölkə
alqışlayır.
Azərbaycanlı
diplomat ölkəmizin
uğurlu iqtisadi inkişafı, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin
yüksək səviyyəsi
və dövlətlərarası
münasibətlərin strateji
xarakteri barədə söhbət açmışdır.
Ulyanovsk
vilayət hökuməti
sədrinin birinci müavini Aleksandr Yakunin vilayətin investisiya imkanlarının
və sənaye potensialının təqdimatını
keçirmək imkanı
yaradılmasına görə
ölkəmizin səfirinə
dərin təşəkkürünü
bildirmişdir. O, Azərbaycanın
Ulyanovsk vilayətinin mühüm tərəfdaşlarından
biri olduğunu xüsusi vurğulayaraq Azərbaycan Prezidenti İlham Əliyevə vilayətə xeyirxah münasibətinə görə
səmimi təşəkkürünü
bildirmişdir. A.Yakunin
xatırlatmışdır ki, vilayətdəki körpünün açılış
mərasimində Azərbaycan
dövlətinin başçısı
İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevlə bərabər iştirak etmişdir. "Bu,
bizim üçün
çox əlamətdar
hadisədir və biz bunu yüksək
qiymətləndiririk", - deyən A.Yakunin vilayət sakinlərinin Azərbaycan xalqının
ümummilli lideri, dəfələrlə Ulyanovskda
olmuş Heydər Əliyevə xüsusi rəğbətindən söhbət
açmışdır. O demişdir: "Biz bu insana həmişə
çox ehtiramla yanaşırıq, onu müqəddəs hesab edirik". Aleksandr Yakunin Azərbaycanın
işgüzar dairələrinin
nümayəndələrini əməkdaşlığa və
bu regiona sərmayə qoyulmasında
daha fəal olmağa çağırmış,
ölkəmizdən olan
sahibkarlar üçün
ən əlverişli
rejim yaradılacağını
vəd etmişdir.
Ulyanovsk
vilayət hökuməti
sədrinin müavini Vildan Zinnuroviç vilayətin sənaye potensialı barədə ətraflı məlumat vermiş, iqtisadiyyatın ən cəlbedici sahələri və investorlar üçün
güzəştli vergi
rejimi üzərində
dayanmışdır. Vilayət iqtisadiyyatının
inkişafının prioritet
istiqamətləri arasında
təyyarəqayırma, maşınqayırma,
müdafiə sənayesi,
yüngül sənaye,
metal emalı və başqa sahələrin adı çəkilmiş, qeyd edilmişdir ki, bu sahələrdə Azərbaycan şirkətləri
və ayrı-ayrı
sahibkarlar fəal
iştirak edə bilərlər.
"Ulyanovsk
vilayətinin inkişafı
korporasiyası" Açıq
Səhmdar Cəmiyyətinin
baş direktoru Dmitri Ryabov da
regionda infrastrukturun və elm-təhsil potensialının yüksək
inkişaf etməsindən
danışmışdır.
Səfirliyin
foyesində Ulyanovsk vilayətinin iri sənaye müəssisələri
və vilayət iqtisadiyyatının ayrı-ayrı
sahələri üzrə
reklam stendləri nümayiş etdirilmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-
2010.- 25 may.- S. 8.