Altmışını verib telə

 

Tarı düşməyib kökdən hələ...

 

Milli musiqimizin şah əsərini kim yaradıb, görəsən, nənələrimiz, babalarımız, yoxsa Qorqudlaşan ozanlarımız? Bu suala kim dəqiq cavab verə bilər? Çətin, elə deyilmi... Klassik ədəbi növlərin içərisində istənilən qədər sevilən, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə qanad açan, sənət yaradıcılıq nümunələri, xalqımızın ruhunu ritmlərində, sözlərinin ləçəklərində oxşayan muğamlarımız, segah təsniflərimiz, nəğmə mahnılarımız çoxdur.

 

Milli musiqimizin tarixin yaddaşında yaşaması onu gənc nəsilə sevdirən sənətkarlardan daha çox asılıdır. Altmışını mizrabla telə verən, sinəsindəki tarı kökdən düşməyən xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin dosenti, sənətini şöhrətindən uca tutan tarzən Zamiq Əliyev təkcə mizrabı ilə tarın tellərinə sığal çəkmir, həm "sarı sim"ə toxunur. Deyir ki, bütün sənətlərin şah əsəri olur hər bir sənətkar çalışır ki, həmin kəhkəşanı fəth etsin. Buna zəhmətlə yanaşı, ulu Tanrının heç hər kəsə qismət etmədiyi fitri istedadla çatmaq, ucalmaq olur. Milli musiqimizin şah əsəri olan muğamlara, segaha, təsnif mahnılara məhəbbət əsas şərtdir. Daxildən gələn səs ruhun həm nəğməsidir, həm ağrısı. Görün bir əsl sənətkar nələri yaşamalıdır ki, bir-birinə əks olan iki qüvvəni daxilində qovuşdurur nəticədə əsrlərin nəsillərin yaşıdı sənət əsəri yaradır. Bu, təkcə musiqidə deyil, bütövlükdə saz söz aləmində belədir. Yazıçının, şairin, bir sözlə, qələm adamının sözü musiqinin dili ilə daha təsirli olur...

Xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblın 17 il konsertmeystri kimi 50-dən artıq ölkədə qastrol səfərlərində ehtiramla, alqışlarla qarşılanan, ömrünün 40 ildən çoxunu musiqi sənətinin təbliğinə tərəqqisinə həsr edən, dünya şöhrətli sənətkar kimi tanınan sevilən tarzən Zamiq Əliyevin çoxşaxəli yaradıcılığı bir sim üstə köklənib: Vətənə, milli musiqimizə xidmət.

Çox erkən yaşlarından, daha doğrusu, tarı sinəsində çətinliklə sıxıb saxladığı günlərdən bu sənətin xidmətində dayanıb. 20 yaşında ikən əməkdar incəsənət xadimi Ağasi Məşədibəyovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvəti gənc Zamiqin sənət yolunun başlanğıcı sayılır. Sənət korifeyləri olan Xan Şuşinskini, Rübabə Muradovanı, Əbülfət Əliyevi, Qulu Əsgərovu, Şövkət Ələkbərovanı, Sara Qədimovanı müşayiət etmək kimi xoşbəxt anları, bir zamanlar əlçatmaz görünən günləri, illəri yaşamaq ona da nəsib olub. Sözün yaxşı mənasında qibtə ediləsi bir ömür yaşayan xalq artistinin bioqrafiyası olduqca zəngindir, xidmət göstərdiyi musiqi sənətinin tarixi kimi. Səhnədə sənətdə eyni ritmdə olan dostlarını saymaqla qurtarmaz. Bunlar isə o sənətkarlardır ki, xalqımız tərəfindən sevilir daim alqışlanır: Aftandil İsrafilov, Sadıq Zərbəliyev, mərhum Vəli Qədimov başqaları.

Artıq ömrünün sənətinin müdriklik zirvəsində olan xalq artisti Zamiq Əliyev sənətsevərlərin qəlbində təkcə barmaqları pərdələr üzərində telə sığal çəkən tarzən kimi deyil, eyni zamanda, bacarıqlı ansambl rəhbəri, teleaparıcı nəhayət, bəstəkar olaraq sevilir. Şifahi xalq ədəbiyyatı incilərindən olan bayatılara musiqi bəstələyərək ömrünü bir az da uzatmaq kimi şərəfli missiyanı üzərinə götürən Zamiq Əliyevin bəstələdiyi əməkdar artist Simarə İmanovanın ifasında daha məlahətli ürəyəyatan səslənən "Yar bu gecə..." mahnısı dinləyici qəlbinin "sarı simini" titrədir. Zamiq Əliyevin nota köçürdüyü mahnılar müəllifini sevdirməsi onun peşəkarlığından, bu sənətə qəlbən bağlılığından xəbər verir. Heç vaxt bəstəkarlıq iddiasında olmayan mahnılar müəllifinin fikrincə, bu, daxili duyğuların ehtizazıdır, onları çilovlamaq mümkün deyil.

Zamiq Əliyev yaradıcı tarzəndir. İfaçılıq sənətində belə müəlliflərə tarixən rast gəlinib onların bəstəsi ilə dillər əzbəri olan əsərlər xalq musiqisi nəğmələri kimi könülləri ovsunlayıb. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin dosenti Zamiq Əliyev həm gənc nəslə tar ifaçılığı muğam sənətinin incəliklərini yorulmadan öyrədir. Məhz belə pedaqoji xidmətlərinə görə Təhsil Nazirliyinin fəxri fərmanı "Əməkdar təhsil işçisi" döş nişanı ilə təltif olunan Zamiq müəllim bir müddət Lider TV-də muğam sənətinin incəlikləri ilə bağlı sənətsevər tamaşaçılar qarşısında "İnci" verilişinin aparıcısı da olub.

Fitri istedad zəhmət Zamiq Əliyevi həm kitab müəllifinə çevirib. 2008-ci ildə çapdan buraxılan "Səhnə arxası görüş" kitabı bir daha təsdiq etdi ki, Zamiq Əliyev əsl mədəniyyət incəsənət xadimi, bu sənətin keşiyində ayıq-sayıq dayananlardan biridir. Adıçəkilən kitab sənət adamlarına daim qayğı göstərmiş ulu öndər Heydər Əliyevin konsert tamaşalardan sonra sənətkarlarla keçirdiyi pərdəarxası görüşlərinə həsr edilib.

Ömrünün bahar təravətli günlərində 60-nı yelə yox, tarın telinə bir mehr-məhəbbətini "Şur"a, "Rast"a, "Bayatı-Şiraz"a, "Şahnaz"a verən, "Qarabağ şikəstəsi" ilə dünyaya səs salan Zamiq Əliyev bu sənətin əbədiyaşarlığı üçün dövlət tərəfindən göstərilən diqqət qayğıdan, eləcə Heydər Əliyev Fondunun layihələri əsasında həyata keçirilən möhtəşəm tədbirlərin mühüm əhəmiyyət daşıdığından razılıq hissi ilə söz açır. Bildirir ki, muğam müsabiqəsinin iştirakçılarından qaliblərindən olan Təyyar Bayramov, İlkin Əhmədov, Vəfa Orucova, Abgül Mirzəliyev, Güllü Muradova, Ehtiram Hüseynov, Babək Niftəliyev, Bəyimxanım Mirzəyeva kimi muğam ifaçıları bu sənətin keşiyində dayanıblar. Ona görə belə davamçıları olan sənətkarlar xoşbəxtdirlər.

Müşayiəti könülləri riqqətə gətirən nəğmələr toplusu - "Zamiq Əliyevin mahnıları" albomunda respublikanın xalq artistləri Mələkxanım Əyyubovanın, Nazpəri Dostəliyevanın, Aygün Bayramovanın, Mənsum İbrahimovun, Nəzakət Teymurovanın, əməkdar artist Aybəniz Haşımovanın, eləcə gənc muğam ifaçılarının ruhoxşayan səsləri nəfəslərindən cilalanan nəğmələr yer alıb.

Zamiq Əliyev hələ gənclik illərində əməkdar incəsənət xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansambla dəvət aldığını bu gün xoş təəssüratla xatırlayır. Repertuar ansamblın tərkibinə görə digərlərindən fərqli olan bu musiqi ailəsinə qısa vaxtda qaynayıb-qarışır bir daha təsdiq edir ki, peşəkarlar öz yerlərini heç zaman səhv salmırlar. Müasir estrada kamera əsərlərinin mahir ifaçılarından biri kimi tanınan Zamiq Əliyevin ömür sənət yolu, bax beləcə, korifey sənətkarların baxışları ilə müşayiət olunub. O, daim üzərində sənətkar diqqəti qayğısı hiss edib. Ona görə bu gün pərdə tutmaqda, ritm öyrətməkdə gənclərə həvəslə ustad dərsi keçir.

Bu da bir sənətkar ömrünün görünən yaşanan anlarının qısa xronikası. Arxada qalan illərdən boylanan gənc Zamiqlə müdrikliyin astanasına qədəm basan tarzən, müəllim, elm adamı kimi bir ziyalı ömrü yaşayan xalq artisti Zamiq Əliyevin görüş nöqtəsi olduğu anları yaşadıq. Bunları ömrün hesabat anları da adlandırmaq olar. Kaş, bütün hallarda hər kəs bu imtahandan alnıaçıq, üzüağ çıxsın, elə Zamiq müəllim kimi. Bir səs gəlir, tar oxuyur... Yox, yox, səhv etdim, bu səs ömrünün 60-cı baharında Zamiq Əliyevin qəlbindən gələn tarın incə telinə sığal çəkən barmaqlarından süzülən nəğmələrdir, əbədi daimi olsun...

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.- 25  may.- S.  14.