"Azərbaycan
Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli
qanunu ilə təsdiq edilmiş "Vəzifəli şəxslər
tərəfindən maliyyə xarakterli məlumatların təqdim
edilməsi Qaydaları"na əlavələr edilməsi barədə"
Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 993-IIIQD
nömrəli qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"na əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 993-IIIQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"na əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"na əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2010-cu il
Azərbaycan.- 2010.- 26 may.- S.
2.