"Bakı şəhərinin Əzizbəyov
rayonunun Xəzər rayonu adlandırılması
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Bakı
şəhərinin Əzizbəyov
rayonunun Xəzər rayonu adlandırılması
haqqında" Azərbaycan
Respublikası Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, üç ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Bakı şəhərinin
Əzizbəyov rayonunun
Xəzər rayonu adlandırılması haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Bakı
şəhərinin Əzizbəyov
rayonunun Xəzər rayonu adlandırılması
haqqında" Azərbaycan
Respublikasının Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2010-cu il
Azərbaycan.- 2010.- 26 may.-
S. 2.