2010-cu il
martın 8-də Tripoli
şəhərində imzalanmış
"Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin
Xarici Əlaqələr
və Beynəlxalq Əməkdaşlıq məsələləri
üzrə Ümumxalq
Komitəsi arasında
siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. 2010-cu il
martın 8-də Tripoli şəhərində
imzalanmış "Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin Xarici
Əlaqələr və
Beynəlxalq Əməkdaşlıq
məsələləri üzrə
Ümumxalq Komitəsi
arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu sərəncamın
1-ci bəndində göstərilən
memorandumun həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu sərəncamın
1-ci bəndində göstərilən
memorandumun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirilməsi
barədə Böyük
Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi tərəfini
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2010-cu il
Azərbaycan.- 2010.- 26 may.- S.
2.