2010-cu il martın 16-da Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Yamaykanın Xarici İşlər Xarici Ticarət Nazirliyi arasında məsləhətləşmələrə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il martın 16-da Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Yamaykanın Xarici İşlər Xarici Ticarət Nazirliyi arasında məsləhətləşmələrə dair Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən memorandumun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Yamayka tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il

 

Azərbaycan.- 2010.-  26 may.- S.  2.