Azərbaycan Respublikasının 2005-ci il
24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən
maliyyə xarakterli məlumatların təqdim
edilməsi Qaydaları”na əlavələr edilməsi barədə Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının
2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 8, maddə 690; 2006-cı il,
¹ 4, maddə 316; 2007-ci il,
¹ 10, maddə 934; 2008-ci il,
¹ 8, maddə 699) ilə
təsdiq edilmiş “Vəzifəli şəxslər
tərəfindən maliyyə
xarakterli məlumatların
təqdim edilməsi Qaydaları”nın 3.1-ci maddəsinin
ikinci abzasında “Azərbaycan Respublikası
Milli Məclisinin Aparatının,” sözlərindən
sonra “Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının,”
sözləri, “Azərbaycan
Respublikası Ali Məhkəməsinin
Aparatının,” sözlərindən
sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının,
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
Aparatının,” sözləri,
“Məhkəmə-Hüquq Şurasının Aparatının”
sözlərindən sonra
“, Azərbaycan Respublikasının
İnsan hüquqları
üzrə müvəkkilinin
(ombudsmanın) Aparatının”
sözləri əlavə
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 aprel 2010-cu il.
Azərbaycan.- 2010.- 26 may.-
S. 2.