“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının
Qanununa, “Qaz təchizatı haqqında”
Azərbaycan Respublikasının
Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının
Qanununa əlavələr
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. “Elektroenergetika
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998-ci il, ¹6, maddə
363; 2001-ci il, ¹11, maddə
696; 2009-cu il, ¹10, maddə
768) 8-ci maddəsinə aşağıdakı
məzmunda səkkizinci
hissə əlavə edilsin:
“Yaşayış binaları,
o cümlədən mənzillər
yalnız elektrik xətlərinə tam həcmdə
qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət
qəbul komissiyasına
təqdim edilə bilərlər. Yaşayış
binalarının, o cümlədən
mənzillərin elektrik
xətlərinə qoşulma
qaydası və haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.”.
II. “Qaz təchizatı haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, ¹9, maddə 563; 2004-cü il,
¹7, maddə 505; 2007-ci il,
¹5, maddə 442; 2009-cu il,
¹10, maddə 768) 13-cü maddəsinə
aşağıdakı məzmunda
11-ci hissə əlavə
edilsin:
“11. Yaşayış binaları,
o cümlədən mənzillər
yalnız qaz xətlərinə tam həcmdə
qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət
qəbul komissiyasına
təqdim edilə bilərlər. Yaşayış
binalarının, o cümlədən
mənzillərin qaz xətlərinə qoşulma
qaydası və haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.”.
III. “Su təchizatı
və tullantı suları haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000-ci il, ¹1, maddə 2; 2007-ci, ¹5, maddə
436; 2008-ci il, ¹5, maddə
348; 2009-cu il, ¹10, maddə
768) 23-cü maddəsinə aşağıdakı məzmunda
4-cü bənd əlavə
edilsin:
“4. Yaşayış binaları,
o cümlədən mənzillər
yalnız su təchizatı sisteminə
tam həcmdə qoşulduqdan
və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yaşayış
binalarının, o cümlədən
mənzillərin su təchizatı sisteminə
qoşulma qaydası və haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
2 aprel 2010-cu il.
Azərbaycan.- 2010.- 25 may.- S.
2.