Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Bakı şəhərinin Əzizbəyov rayonu Xəzər rayonu adlandırılsın, Əzizbəyov rayon inzibati ərazi vahidi Xəzər rayon inzibati ərazi vahidi hesab edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 26 may.- S.  2.