Elm, mədəniyyət
və ədəbiyyat
üzrə Dövlət
Mükafatları Komissiyasının
növbəti iclası
keçirilmişdir
Mayın 25-də Baş nazir Artur Rasizadənin sədrliyi ilə Azərbaycan Prezidentinin 2010-cu il 8 fevral tarixli fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının növbəti iclası keçirilmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda müxtəlif sahələr üzrə Dövlət Mükafatına təqdim olunmuş işlər geniş müzakirə edilərək, müvafiq qərar qəbul olunmuşdur.
Komissiyanın qərarı barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 26
may.- S. 3.