Dağıstan Prezidenti Azərbaycanın Zaqatala, Şəki Qəbələ rayonlarında səfərdə olmuşdur

 

 Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov mayın 25-də respublikamızın şimal-qərb bölgəsinə gəlmişdir.

Dağıstan Prezidentinin bölgəyə səfəri Zaqatala rayonundan başlamışdır. Zaqatala hava limanında Prezident Maqomedsalam Maqomedovu onun rəhbərlik etdiyi nümayəndə heyətini rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə səmimiyyətlə qarşılamışdır. Qısamüddətli görüşdən sonra nümayəndə heyəti Şəkiyə yola düşmüşdür.

Şəki ilə tanışlıq bölgənin ən iri sənaye müəssisəsi olan "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyətindən başlamışdır. Şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı Prezident Maqomedsalam Maqomedovu müəssisənin həyətində mehribanlıqla qarşılamışdır. Sonra Dağıstan nümayəndə heyəti müəssisənin baramaaçan, pambıq sap əyirən, xalça toxuyan sexlərində istehsal prosesi ilə yaxından tanış olmuşdur. Qonaqlara məlumat verilmişdir ki, keçmiş SSRİ-nin ən qabaqcıl istehsalatlarından biri olan bu müəssisə İttifaq dağılandan sonra fəaliyyətini dayandırmışdı. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin Şəkiyə səfərindən sonra ulu öndərin diqqət qayğısı sayəsində müəssisə fəaliyyətini yenidən bərpa etmişdir. Müəssisənin istehsal sexləri əsaslı şəkildə yenidən qurulmuş, müasir texnologiyalar tətbiq edilmiş, məhsuldar dəzgah avadanlıq işə salınmış, işçilərin sosial müdafiəsini gücləndirmək üçün əlavə tədbirlər həyata keçirilmişdir.

 Qonaqlara müəssisənin iqtisadi göstəriciləri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 2009-cu ildə müəssisədə 24,5 ton xam ipək, 18,5 ton burulmuş ipək sap, 544 min kvadratmetr ipək parça, 44,9 min kvadratmetr pambıq parça, 217 min 600 bişmiş kəlağayı, 706 güllü kəlağayı, 405 saçaqlı şərf, 995 ton pambıq ipliyi, habelə 123,5 kvadratmetr təbii ipək xalça digər məhsullar istehsal olunmuşdur. İstehsal olunan məhsulun ümumi dəyəri 3 milyon 708 min manat, satışın həcmi isə 2 milyon 649 min manat təşkil etmişdir. 2010-cu ilin birinci rübündə isə müəssisədə 1 milyon 570 min manatlıq məhsul istehsal edilmişdir. Hazırda müəssisədə 865 nəfər işçi çalışır.

Sonra qonaqlar çeşidlər zalında müəssisədə toxunan təbii ipək xalçalara, parça, kəlağayı digər məhsullara baxmışlar. Dağıstan Prezidentinə müəssisədə toxunan ipək xalça hədiyyə edilmişdir. Prezident Maqomedsalam Maqomedov müəssisənin xatirə kitabına ürək sözlərini yazmışdır.

Daha sonra Dağıstan nümayəndə heyəti Xan sarayında olmuşdur. Qonaqlara məlumat verilmişdir ki, Şəki Xan sarayı XVIII əsrə aid olan dünya əhəmiyyətli nadir tarixi memarlıq abidəsidir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştaqın dövründə, təqribən 1761-1762-ci illərdə tikilmişdir. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz 2 güzgülü eyvan vardır. Sarayın divar rəsmləri əsasən həndəsi nəbati naxışlardan ibarətdir.

 Prezident Maqomedsalam Maqomedov sarayın eyvanından Şəkinin qədim məhəllələrinin mənzərəsini seyr etmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı Dağıstan Prezidentinə Xan sarayının təsvir olunduğu rəsm əsəri hədiyyə etmişdir. Prezident Maqomedsalam Maqomedov isə sarayın rəhbərliyinə Dağıstanın tarixi abidələrindən bəhs edən kitab bağışlamışdır.

Sonra nümayəndə heyəti "Yuxarı karvansara" mehmanxana kompleksinə baş çəkmişdir. Məlumat verilmişdir ki, Şərq memarlığı üslubunda tikilmiş mehmanxana kompleksi şəhərin "Yuxarı baş" Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Karvansara XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmişdir. Ümumi sahəsi 6 min kvadratmetr olan kompleks 300-ə yaxın otaq zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarada ticarətlə məşğul olurmuşlar. Hazırda bu abidə mehmanxana kimi fəaliyyət göstərir.

Qonaqlar karvansaranın həyətində çay süfrəsinə qonaq olmuşlar.

 Prezident Maqomedsalam Maqomedov Azərbaycanın dilbər guşələrindən olan Zaqatalaya səfərindən, habelə qədim Şəki şəhəri ilə tanışlığından çox məmnun qaldığını bildirmişdir. Qeyd etmişdir ki, Şəkidə tarixi abidələrin qorunub saxlanmasına, sənətkarlığın inkişafına göstərilən diqqət xüsusilə ürəkaçandır. Qonaq Xan sarayının gözəlliyinə heyran qaldığını gizlətməmiş, bu abidənin çox cəlbedici təkraredilməz olduğunu bildirmişdir. Nümayəndə heyətinin üzvləri Şəkidən xoş təəssüratla ayrıldıqlarını diqqətə çatdırmışlar.

Şəkiyə səfərini başa çatdıran Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov həmin gün Qəbələyə gəlmişdir.

Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovu Qəbələ şəhərindəki "Qafqaz Resorte" hotelinin qarşısında rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ictimaiyyət nümayəndələri qarşılamışlar.

Hoteldə nahar edəndən sonra Dağıstan Prezidenti onu müşayiət edən nümayəndə heyəti "Gilan" piano fabrikinə gəlmiş, burada istehsal prosesi hazır məhsullarla tanış olmuşdur. Ali qonağa məlumat verilmişdir ki, regionda analoqu olmayan müasir avadanlıqla təchiz edilmiş fabrikdə ildə 1200-1500 piano istehsal etmək mümkündür. Prezident Maqomedsalam Maqomedov pianoların yığıldığı sexlərə, xüsusi avadanlıqla təchiz edilmiş kökləmə sazlama otaqlarına baş çəkmişdir. Bu musiqi alətinin yalnız Avstriyada yetişdirilən şam ağacından hazırlandığı barədə qonağa məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 120 nəfərin çalışdığı bu fabrik fəaliyyət göstərdiyi ötən iki ay ərzində 35 piano istehsal etmişdir.

Sonra qonaqlar "Gilan Holdinq"in Qəbələ Konserv Zavodunun istehsal fəaliyyəti ilə yaxından tanış olmuşlar. Prezident Maqomedsalam Maqomedova məlumat verilmişdir ki, ən müasir texniki avadanlıqla təchiz olunmuş zavodda istehsal edilən təbii meyvə şirələri, müxtəlif mürəbbə cemlər, turşular pürelər Azərbaycan bazarına çıxarılmaqla yanaşı, Rusiya, Ukrayna Belarusa, Baltikyanı respublikalara, Amerika Avropa ölkələrinə ixrac edilir. Qafqaz regionunda analoqu olmayan bu istehsal müəssisəsi 2007-ci ildən fəaliyyət göstərir. Ali qonaq on iki hektar ərazisi olan zavodun ayrı-ayrı istehsal sexlərini, məhsul saxlanılan anbarını, laboratoriyasını, sərgi salonunu gəzmiş, təbii meyvə şirələrinin dadına baxmışdır.

Dağıstanın rəhbəri "Qafqaz-Park" Gənclik Mərkəzində olmuş, turizm obyektində istirahət etmişdir. Qonaq regionda bənzəri olmayan istirahət mərkəzinin süni buz meydançasına baxmış, xususi qatarla 16 hektar ərazisi olan parkı gəzmişdir. Qonaqlara dörd tərəfi dağlar meşələrlə əhatə olunmuş istirahət mərkəzində fəaliyyət göstərən iaşə obyektləri, üzgüçülük hovuzları, süni göllər, kafelər, uşaq əyləncə mərkəzləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, 150 nəfərin çalışdığı "Qafqaz-Park" Gənclik Mərkəzində yerli xarici turistlərin istirahəti üçün yüksək şərait yaradılmışdır.

Sonda "Fitnes" Sağlamlıq Mərkəzi ilə qısa tanışlıq olmuşdur. Qəbələ rayon ictimaiyyətinin nümayəndələri "Fitnes" Sağlamlıq Mərkəzinin həyətində Dağıstanın "Ləzginka" rəqs ansamblının konsertinə tamaşa etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 may.- S.  6.