Fransa Xarici İşlər və Avropa İşləri Nazirliyi Dağlıq Qarabağda keçirilmiş
"seçkiləri" pisləyən
bəyanat vermişdir
Azərbaycanın Fransadakı səfirliyindən bildirmişlər ki, mayın 25-də Fransa Xarici İşlər və Avropa İşləri Nazirliyi qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilmiş "parlament seçkiləri"ni pisləyən bəyanat vermişdir.
Bəyanatda Avropa İttifaqının, Fransanın və Ermənistanın da daxil olduğu beynəlxalq təşkilatların Dağlıq Qarabağın müstəqilliyini tanımadıqları diqqətə çatdırılmışdır. Həmçinin mayın 23-də keçirilmiş "seçkilər"in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tənzimlənməsi prosesinin gələcəyinə və bu tənzimlənmənin ümumi çərçivəsində Dağlıq Qarabağın gələcək statusuna qabaqcadan heç bir təsir göstərə bilməyəcəyi vurğulanmışdır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2010.- 26 may.- S.
6.