Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının senatoru, Senatın fəxri sədri xanım Ann-Mari Lizin ilə görüşmüşdür

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 25-də Bakıda səfərdə olan Belçika Krallığının senatoru, Senatın fəxri sədri xanım Ann-Mari Lizini qəbul etmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə regiondakı proseslər, Azərbaycan-Belçika münasibətlərinin vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi problemin nizamlanma prosesinin hazırkı durumu, qondarma "Dağlıq Qarabağ Respublikası" parlamentinə keçirilən "seçkilərə" dünya ictimaiyyətinin reaksiyası, xüsusilə, Avropa Parlamentinin qətnaməsi digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 may.- S.  7.