Misirin xarici işlər naziri ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Abul Ğeytin başçılıq etdiyi nümayəndə heyəti mayın 25-də Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Nümayəndə heyətinin üzvləri Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-26  may.- S.  7.