Azərbaycanın nümayəndəsi Londonda keçirilən Avropa Mühasiblər Auditorlar Federasiyasının illik ümumi yığıncağında iştirak etmişdir

 

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Avropa Mühasiblər Auditorlar Federasiyasının (EFAA) London şəhərində keçirilən illik ümumi yığıncağında EFAA-nın təşkil etdiyi "Kiçik orta ölçülü müəssisələr üçün maliyyə hesabatlığı Kiçik Orta Biznes Təcrübəsinə dair Beynəlxalq Mərkəzin Avropada kiçik orta ölçülü müəssisələrə göstərdiyi biznes dəstəyi: kiçik orta ölçülü müəssisələr Kiçik Orta Biznes Təcrübəsinə dair Beynəlxalq Mərkəzin qarşısında duran problemlər onların həlli imkanları" mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.

Azərbaycanın 2003-cü ildən üzv olduğu EFAA 12 ölkədən olan 150 mindən çox mühasib auditoru özündə birləşdirir. Bu beynəlxalq qurum mühasibat auditin inkişafı, iqtisadiyyatın aktual problemlərinin həllində bu amillərin daha fəal rol oynaması üçün təklif tövsiyələr hazırlayaraq onların tətbiqinə nəzarət edir.

Auditorlar Palatasından bildirmişlər ki, Azərbaycan təmsilçisi səfər müddətində bir sıra ölkələrin nümayəndələri ilə keçirdiyi işgüzar görüşlər zamanı ölkəmizdə dövlət quruculuğu iqtisadi islahatların aparılması, maliyyə şəffaflığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər əldə edilən uğurlar barədə məlumat vermiş, müvafiq əyani materiallar çatdırmışdır.

Beynəlxalq tədbir zamanı EFAA-nın icraçı direktoru Federiko Diomedanın Azərbaycana işgüzar səfərinin ilkin şərtləri razılaşdırılmış, həmçinin Macarıstan, Hollandiya İngiltərə təmsilçiləri ilə gələcək əməkdaşlıq barədə müzakirələr aparılmışdır.

Səfərin yekunlarına dair əldə edilən nəticələr ölkəmizdə beynəlxalq mühasibat audit standartlarının tətbiqi, maliyyə şəffaflığının artırılması korrupsiyaya qarşı mübarizə istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında əhəmiyyətli rol oynayacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 may.- S.  7.