Pakistan Ədəbiyyat Akademiyasında "Azərbaycan poeziyası: dəryadan damla" kitabının təqdimatı olmuşdur

 

Tərtibatçısı Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətlinin olduğu bu kitaba akademik İsa Həbibbəyli ön söz yazmışdır.

Kitabda Nizami Gəncəvi, Füzuli, Qövsi Təbrizi, Heyran Xanım, Hüseyn Cavid, Rəsul Rza kimi bir çox şairlərin şeirləri yer almışdır. Kitab Azərbaycan ədəbiyyatının qayğısına qalan daim onun inkişafına çalışan ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur.

Tədbirdə Pakistan ictimaiyyətinin, ədəbi mühitinin tanınmış simaları, elm xadimləri, Pakistanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, səfirliyin əməkdaşları iştirak etmişlər.

Pakistanın tanınmış tənqidçilərindən Müzəffər Mahmud Qureyşi, Məsud Müfti İcaz Rəhim çıxış edərək kitab haqqında fikirlərini bölüşdülər. Azərbaycan ədəbiyyatında ərəb, fars azəri türkcəsinin mükəmməl şəkildə bir araya gətirildiyini qeyd edən natiqlər, bununla da əsərlərin geniş bir coğrafiyaya yayılmasına nail olunduğunu ifadə etmişlər.

Pakistan Akademiyasının sədri Faxr Zaman kitabda adları çəkilən şairləri onların şeir nümunələrini ətraflı təhlil etmişdir. Kitabın ingilis dilində çap edilməsinin onun oxucu sayının daha çox olmasına imkan verəcəyini Pakistan ədəbiyyatsevərlərinin dost qardaş ölkə olan Azərbaycanın daha da yaxından tanınmasına yardımçı olacağını ifadə etmişdir. F.Zaman kitabın Pakistan oxucuları arasında geniş yayılmasını təmin etmək məqsədi ilə yaxın zamanda urdu dilində çap etdirəcəklərini bildirmişdir.

Mərasimdə çıxış edən səfir Eynulla Mədətli Şərq mədəniyyətinin inkişafında Azərbaycan poeziyasının əhəmiyyətli rol oynadığını qeyd etmiş, bunun nəticəsində Şərqdə, xüsusilə mərkəzi cənubi Asiyada Nizami Gəncəvinin poemalarına çoxlu nəzirələrin yazıldığını, eyni adlı dastanların qoşulduğunu vurğulamışdır. Səfir kitabın dost qardaş xalqlarımızın mədəni əlaqələrinə xidmət edəcəyinə ümidvar olduğunu bildirmiş, pakistanlı şairlərin Azərbaycanda tanıdılması üçün səy göstərəcəklərini vurğulamışdır.

Təqdimat mərasimi Pakistan mətbuatında geniş işıqlandırılmışdır. İngilis dilində nəşr edilən "Dawn news", "Pakistan Observer", "News" urdu dilində nəşr edilən Nawa-i-waqt qəzetində tədbir barədə geniş ətraflı yazılar verilmişdir. Pakistan televiziya kanallarında təqdimat mərasimindən süjetlər nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-26  may.- S.  11.