Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti
verilən dövlət
qulluqçularının siyahısı”nın təkmilləşdirilməsi
haqqında Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı
Hakimiyyət səlahiyyəti
verilən dövlət qulluqçularının
siyahısının təkmilləşdirilməsi məqsədi
ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 6, maddə 494; 2009-cu il, ¹ 2, maddə 66, ¹ 6,
maddə 421; 2010-cu il, ¹ 2, maddə 80, ¹ 3, maddə 188) ilə təsdiq
edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət
qulluqçularının siyahısı”nın mətni
aşağıdakı yeni redaksiyada verilsin:
“Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “İnzibati və
yardımçı vəzifələrin Təsnifat
Toplusu”na uyğun olaraq:
1. 1-7-ci kateqoriya dövlət
orqanlarında administrasiya (aparat) rəhbərləri və
administrasiya (aparat) rəhbərlərinin müavinləri,
işlər müdirləri və işlər müdirlərinin
müavinləri, şöbə müdirləri və
şöbə müdirlərinin müavinləri;
2. Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətlərinin həyata
keçirilməsini bilavasitə
təmin edən dövlət müşaviri,
müşavir, köməkçi,
Təhlükəsizlik Şurasının
katibi, mətbuat katibi, Protokol xidmətinin rəisi və rəis müavini, tibbi təminatını həyata
keçirən dövlət
orqanının rəisi
və rəis müavini;
3. kollegial orqanların fəaliyyətini təmin
edən dövlət orqanlarının rəhbərləri
(katib və s.) və rəhbər müavinləri;
4. 6-cı və
7-ci kateqoriya dövlət
orqanlarının (mərkəzi,
yerli icra hakimiyyəti orqanları və məhkəmələr istisna
olmaqla) rəhbərləri
və rəhbər müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri,
yerli icra hakimiyyəti orqanlarının
ərazi vahidləri üzrə nümayəndələri
və nümayəndələrinin
müavinləri, Bakı
Şəhər İcra
Hakimiyyətinin tabeliyində
olan orqanların rəhbərləri və
rəhbər müavinləri;
5. 1-7-ci kateqoriya
dövlət orqanlarına
aid qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının
bilavasitə sədr (rəhbər) köməkçiləri,
Azərbaycan Respublikasının
və Naxçıvan
Muxtar Respublikasının
Baş nazirinin köməkçisi və
müşaviri, İnsan
hüquqları üzrə
müvəkkilinin (Ombudsmanın)
köməkçisi, Nazirlər
Kabinetinin mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Respublikasının
Hesablama Palatası sədrinin köməkçisi.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2010-cu il.
Azərbaycan.- 2010.- 27 may.- S. 1.