“Torpaqların dövlət
ehtiyacları üçün
alınması haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
“Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında” Azərbaycan
Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki:
1.1. üç ay
müddətində qüvvədə
olan qanunvericilik aktlarının “Torpaqların
dövlət ehtiyacları
üçün alınması
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. üç ay müddətində
“Torpaqların dövlət
ehtiyacları üçün
alınması haqqında”
Azərbaycan Respublikası
Qanununun pozulmasına görə məsuliyyət
növləri barədə
təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.3. üç ay müddətində
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. üç ay müddətində
“Torpaqların dövlət
ehtiyacları üçün
alınması haqqında”
Azərbaycan Respublikası
Qanununun 41.2-ci maddəsində
nəzərdə tutulmuş
köçürülmə planı və köçürülmə təlimatının
hazırlanması qaydası
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.5. iki
ay müddətində “Torpaqların
dövlət ehtiyacları
üçün alınması
haqqında” Azərbaycan
Respublikası Qanununun
6.3-cü, 8.1-ci, 8.4-cü, 9.1-ci, 9.2.6-cı, 12,4-cü,
15.4-cü, 15.4.4-cü, 17.3-cü, 18.1-ci, 18.4-cü,
18.4.3-cü, 18.5-ci maddələrində,
19-cu maddəsinin adında,
19.1-ci, 19.3-cü, 19.4-cü, 20.4-cü, 21.1-ci, 22.1-ci, 40.1-ci,
41.2-ci, 52.4-cü, 75.1-ci, 80.1-ci maddələrində
nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı” və 9.4-cü, 10.2.1-ci, 10.2.2.1-ci, 10.2.2.2-ci,
10.2.2.3-cü, 10.2.3.1-ci, 10.2.3.2-ci, 10.2.3.3-cü, 10.2.3.4-cü,
10.2.4.1-ci, 10.2.4.2-ci, 10.2.4.3-cü, 10.2.4.4-cü, 10.2.5-ci,
10.2.6-cı, 10.2.7-ci, 18.4.1-ci, 18.4.4-cü, 21.1-ci, 22.1-ci,
24.3.1-ci, 77.2.3-cü maddələrində
nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanları” barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin,
1.6. öz səlahiyyətləri
daxilində “Torpaqların
dövlət ehtiyacları
üçün alınması
haqqında” Azərbaycan
Respublikasının Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2010-cu il.
Azərbaycan.- 2010.- 27 may.- S. 5.