2010-cu il aprelin 13-də Buxarest şəhərində imzalanmış
"Mayeləşdirilmiş təbii qaz (LNG) və onun nəqli
sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. 2010-cu il aprelin 13-də Buxarest şəhərində
imzalanmış "Mayeləşdirilmiş
təbii qaz (LNG) və onun nəqli
sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Sənaye
və Energetika Nazirliyinə tapşırılsın
ki, bu Sərəncamın
1-ci bəndində göstərilən
Memorandumun həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyinə
tapşırılsın ki,
bu sərəncamın
1-ci bəndində göstərilən
Memorandumun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirilməsi
barədə Rumıniya
və Gürcüstan
tərəflərini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2010-cu il
Azərbaycan.- 2010.- 27 may.- S.
1.