"Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikasının 2010-cu il
20 aprel tarixli 991-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikasının 2010-cu il 20 aprel tarixli 991-IIIQD nömrəli
qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikasının 2010-cu il
20 aprel tarixli 991-IIIQD nömrəli qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əlavələr edilməsi barədə"
Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 991-IIIQD
nömrəli qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2010-cu il
Azərbaycan.- 2010.- 27 may.-
S. 1.